Paralimpiya çempionu evtanaziya nəticəsində dünyasını dəyişib

15:47 - 23 Oktyabr 2019

2012-ci il London Yay Paralimpiya Oyunlarının araba ilə qaçış üzrə qalibi olmu. Marike Vervort evtanaziya ilə dünyasını dəyişib. 

 

Sportal.az xəbər verir ki, 40 yaşlı idmançı müalicəsi mümkün olmayan əzələ xəstəliyindən daim ağrılar hiss etdiyi üçün bu qərarı verib. Belçikalı xanım 8 il əvvəl bu qərarla bağlı sənədləri imzalamışdı. Evtanaziya proseduru Belçikada leqaldır.

 

Vervort sağ olduğu zaman ağrılarda gecələr 10 dəqiqə yatdığını deyib.

 

Vervort Paralimpiya Oyunlarında qızıl medalla yanaşı, 2 gümüş və 1 bürünc də qazanıb.

Xəbər xətti