Almaniya II Bundesliqasında qeyri-adi penalti - VİDEO

17:47 - 26 Oktyabr 2019

Almaniya II Bundesliqasında baş tutan "Holştayn" - "Bohum" matçında maraqlı epizod yaşanıb.

 

Sportal.az xəbər verir ki, oyunun 38-ci dəqiqəsində, ev sahibi 1:0 irəli olarkən rəqibin hücumu zamanı "Holştayn"ın meydandan kənarda məşq edən oyunçusu Ebervayn çıxan topa müdaxilə edib.

 

Hakim VAR köməkliyi ilə topun meydanı tərk etmədiyini və epizodun cərimə meydançası daxilində baş verdiyini görərək penalti təyin qərarı verib. Qonaq komanda bu imkandan maksimum yararlanıb.

 

Xəbər xətti