Turabov oynamadı, "Biliş" büdrədi

11:29 - 28 Oktyabr 2019

Albaniya çempionatında 10-cu turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” evdə “Teuta” ilə 1:1 hesablı heç-heçə edib.

 

Zədəli olduğu üçün Tiranada müalicə alan Turabov qarşılaşmanın iştirakçısı olmayıb. 22 yaşlı futbolçu hələ komandaya qoşulmayıb.

 

“Biliş” 17 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər xətti