"Real" və ya "Barselona" deyilik" - APOEL-in baş məşqçisi

11:25 - 29 Oktyabr 2019

APOEL-in baş məşqçisi Tomas Doll Kipr Kipr I Liqasının 7-ci turunda “Nea Salamina”nı 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis qələbəni şərh edib:

 

“Oyunun çətin keçəcəyini bilirdik. Qol imkanlarımız çox olmadı. Oyunun sürəti zəif olduğu üçün epizodlar yarada bilmədik. İkinci hissə isə daha yaxşı alındı. Bəzən top itirsək də risk etdik.

 

Üç cavabsız qolla qələbə qazanmaq əla nəticədir.  “Qarabağ”la ağır səfər oyunundan sonra çətin bir qalibiyyət oldu. Qələbə üçün sevinirəm, addım-addım inkişaf edəcəyik. Nə edəcəyimizi bilirəm.

 

"Real" və ya "Barselona" deyilik. Bizdən həmişə 3:0 və 4:0 hesabı ilə qalib gəlməyimizi gözləməyin. Çünki bu, asan deyil. İki aylıq fasilədə problemimiz var idi. Zədəli oyunçularımız oldu. İrəliləmək üçün bizə vaxt verin. Mən futbolçulara inanıram".

Xəbər xətti