APOEL-də daha bir futbolçu əfv edildi

14:37 - 30 Oktyabr 2019

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Kiprin APOEL klubunda daha bir futbolçu ilə bağlı qərar dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Tomas Doll Joaozinyonu bağışlamaq qərarına gəlib. Məşqçilər korpusu ilə mübahisə etdiyinə görə əsas komandadan uzaqlaşdırılan müdafiəçi ölkə çempionatının geridə qalan turunda "Nea Salamina" ilə matçda iştirak ərizəsinə salınmamışdı. Lakin almaniyalı portuqaliyalı müdafiəçini əfv edib. Joaozinyo həftəsonu AEK-lə keçiriləcək derbidə iştirak edə biləcək.

 

Yarımmüdafiəçi Musa el-Tamari də intizamsızlığına görə "Qarabağ"la III tur matçının (2:2) heyətindən çıxarılmış, lakin tezliklə bağışlanılmışdı.

Xəbər xətti