Rivaldo: "Neymar PSJ-dən ayrılmalıdır"

15:50 - 31 Oktyabr 2019

Braziliya millisinin sabiq futbolçusu Rivaldo PSJ-də çıxış edən həmyerlisi Neymarla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı keçmiş yarımmüdafiəçi Neymarın Paris klubundan ayrılmalı olduğunu deyib:

 

"PSJ möhtəşəm klubdur, amma Neymarın səviyyəsinə uyğun deyil. Dünyanın ən yaxşı futbolçusu olmaq istəyirsinizsə, Çempionlar Liqasını qazanmaq postensialı olan klubda oynamalısınız. Hər birimiz insanıq, səhvlər edə bilərik. Neymar PSJ-yə getməklə səhv etdi. Hələ 27 yaşı var və uzun yol önü gözləyir".

 

PSJ braziliyalı hücumçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.

Xəbər xətti