"Turan Tovuz" Azərbaycan kubokundan niyə imtina etdi?

17:44 - 31 Oktyabr 2019

"Turan Tovuz" Azərbaycan kubokunda iştirak etməkdən imtina edib.

 

Sportal.az-a açıqlamasında klubun idman direktoru Nadir Nəbiyev bunun səbəbini açıqlayıb:

 

"Komandaya rayonda evlər tutmuşuq. Stadionumuz yoxdur. Kubokda kimlə düşəcəyimizi də bilmirik. Lap ilk mərhələni keçdik, sonra nə baş verəcəyi də məlum deyil. Stadion hazır deyil, qeyri-müəyyən duruma görə kubokdan imtina etdik. Başqa səbəb yoxdur".

 

"Turan Tovuz"la yanaşı, MOİK də ölkə kubokunda yarışmayacaq.

Xəbər xətti