"Qarabağ" tarixi oyunla bağlı: “İnanırıq!”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprin APOEL klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Ağdam klubu üçün əhəmiyyətlidir. Rəqibini 3 xal qabaqlayan Qurban Qurbanovun kollektivi Nikosiyadakı çətin oyunda uduzmamaqla üstünlüyünü qorumuş olacaq.

 

Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib. Ağdamlıların media xidməti matçın afişasını “İnanırıq!” başlığı ilə paylaşıb. Azarkeşlər dəstək rəyləri yazmaqla komandanın yanında olub.

 

APOEL – “Qarabağ” oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.

 

Tarix: 4 Noyabr [15:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2019
17  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio