Ramil Şeydayev ən uğursuz transferlər arasında

Soccer.ru saytı Rusiya Premyer Liqa təmsilçilərinin yayda etdiyi uğursuz transferlərin siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, siyahıda "Krılya Sovetov"dan ayrılıb, Moskva "Dinamo"suna keçən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb. 23 yaşlı forvardla bağlı bunlar qeyd edilib:

 

"Baş məşqçi ilk turlarda mərkəz hücumçusu tapa bilmədiyi üçün Ramili oynatdı. "Zenit"in yetirməsi fiziki cəhətdən güclü və cüssəlidir, üstəlik, mövqeyi də dəyişməmişdi. Ancaq zəif təsir bağışladı, heç bir qol vura bilmədi".

 

Ramillə yanaşı "Barselona"dan "Zenit"ə transfer olan braziliyalı hücumçu Malkom da siyahıdadır. Dortmund "Borussiya"sından Şeydayevin çıxış etdiyi "Dinamo"ya keçən Maksimilian Filipp də uğursuz transfer sayılır.

 

"Spartak"ın Dortmund "Borussiya"sından aldığı Andre Şürrle də ümidləri doğrultmadığı üçün uğursuz hesab edilib.

 

Siyahıda Quus Til ("Spartak"), Tonni Vilyena ("Krasnodar"), Reziuan Mirzov ("Spartak"), Kayo ("Krasnodar"), Elmir Nabiullin ("Soçi") və Lukas Santosun (ÇSKA) da adı var.

 

Ramil Şeydayev bu mövsüm "Dinamo" 8 oyuna 1 məhsuldar ötürmə edib.

Tarix: 5 Noyabr [11:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio