Əmrah Çəlikəl: "Komandanın bütün gücünü ortaya qoyacağına inanıram"

14:05 - 7 Noyabr 2019

"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə Kİprdə keçirəcəkləri oyundan öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi komandada əhval-ruhiyyənin yaxşı olduğunu deyib: "Komandada əhval-ruhiyyə yaxşıdır. APOEL tərəfi bizi yaxşı qarşıladı. Kiprdə problemlə üzləşməmişik. Bu gün komandamızın Azərbaycan xalqını növbəti dəfə sevindirmək üçün bütün gücünü ortaya qoyacağına inanıram".

 

GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Xəbər xətti