UFC-də halqa tutan model "Instagram"da "partladır" - FOTOLAR

UFC döyüşlərində qüsursuz vücuda sahib olan qızlar raundlar başa çatanda və mükafatlandırma mərasimlərində yarışa bəzək verirlər.

 

Onlardan biri də Arianna Selestedir. Onun “Instagram”da 3,2 milyon izləyicisi var. Onun bu sosial şəbəkədəki qazancı 1 milyon dolları keçib. O, “Instagram”dakı şəkilləri ilə izləyiciləri məmnun edir. UFC döyüşlərində raundlar başa çatanda rinqdə dövr edən Arianna böyük populyarlıq qazanıb. Model xanımın əsl adı Penelope Lopesdir. Las Veqasda doğulan Lopesin valideynləri mesksikalı və filippinlidir.

 

21 yaşında UFC döyüşlərində halqa tutmaq üçün yollanan model 13 ildir bu işlə məşğuldur. 33 yaşlı xanım 2008, 2009, 2010, 2011, 2014 və 2015-ci illərdə “halqa” mükafatını qazanıb. Model bu göstəricidə rekordçudur. O, həm də məşhur jurnalların üz qabığlarında yer almaqla reklamdan böyük gəlir götürür. Arianna bəzi ulduz döyüşçülərlə yaxın dostdur.

 

UFC-də halqa tutan qızların qazancı açıqlanmır. Lakin mənbələrin məlumatına görə, bura əməkdaşlıq üçün gələn xanımlar aylıq 30 min dollar qazanır. Bu rəqəmlər bir çox döyüşçünü məyus edir. Çünki onlar bir görüşdən 10 min dollar (qələbə üçün daha 10 min dollar bonus) qazanır.

 

Image result for arianny celeste

Related imageRelated imageImage result for arianny celesteRelated image

Tarix: 11 Noyabr [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyun 2020
1  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio