Luis Enrike Unai Emerini əvəz edə bilər

16:44 - 11 Noyabr 2019

İspaniya millisinin və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike "Arsenal"dan istefaya göndəriləcəyi gözlənilən Unai Emerini əvəz edə bilər .

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular"ın idman direktoru Raul Sanllexi 49 yaşlı mütəxəssislə görüşür. İspaniyalı mütəxəssisin London klubunu çalışdıracağı iddia edilir.

 

"Arsenal" İngiltərə Premyer Liqasında son 5 oyunda qalib gəlmir. Komanda 12 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.

 

Luis Enrike yayda qızı xərçəng xəstəliyindən vəfat etdiyi üçün İspaniya millisindən ayrılmışdı.

Xəbər xətti