“Everton” Moyze Kini transfer etməyə peşman olub

İngiltərənin “Everton” klubu yayda “Yuventus”dan 30 milyon avroya transfer etdiyi Moyze Kin ümidləri doğrultmur.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı forvard davranışları və performansı ilə Liverpul təmsilçisini məyus edib. Komandanın baş məşqçisi Marku Silva italiyalı futbolçunu toplanışa iki dəfə gec gəldiyi üçün əsas heyətdən qovub.

 

Məşhur agent Mino Rayola müştərisinin “Everton”dakı durumundan narazı olduğu üçün hərəkətə keçib. Nüfuzlu futbol adamı Kinin qışda başqa klubda oynaması üçün çalışır.

 

İtaliya A Seriyasında uğursuz mövsüm keçirən “Milan” gənc ulduzla maraqlanır və Mino Rayolaya bununla bağlı məlumat göndəriblər.

 

Kin bu mövsüm Premyer Liqada 11 oyuna 1 assist edib.

Tarix: 13 Noyabr [17:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio