"Səbail"in futbolçusu ağır zədədən qayıtdı

17:17 - 19 Noyabr 2019

"Səbail"in yayda transfer etdiyi Eriko Da Silva zədəsini sağaldıb.

 

Sportal.az xəbər verir ki, avqustda Premyer Liqanın 1-ci turunda "Zirə"yə qarşı oyunda aldığı zədə səbəbindən uzun müddət oynamayan braziliyalı müdafiəçi geri dönüb.

 

"Qəbələ" ilə yoxlama görüşündə meydana çıxan 30 yaşlı futbolçu geri dönüşünü şərh edib: "Qayıtmağıma xoşbəxtəm. Futbol üçün çox darıxmışdım. Əlimdən gələni edəcəyəm ki, komandaya kömək edim. İrəlidə vacib oyun var. Şənbə günü "ASCO Arena"da qələbəni təmin etmək üçün məşqlərdə hamı çox ciddi hazırlaşır".

 

"Səbail" Erikonu Rumıniyanın "Astra" klubundan transfer etmişdi.

 

Xəbər xətti