"Neftçi"nin futbolçusu 50-yə çatdı

Premyer Liqanın XIII turu “Neftçi”nin futbolçusu Soni Mustivar üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. “Səbail”lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən əcnəbi 3 qol vurub.

 

2018-ci ildən paytaxt təmsilçisinin şərəfini qoruyan 29 yaşlı oyunçu Premyer Liqada 39, Azərbaycan kubokunda 4, Avropa Liqasında 7 dəfə şans qazanıb. O, qollarından ikisini çempionat, birini kubokda vurub.

 

Tarix: 3 Dekabr [11:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2019
14  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio