Son Asiyada ən yaxşı futbolçu oldu

13:13 - 4 Dekabr 2019

İngiltərənin “Tottenhem” klubunun hücumçusu Son Hın Min Asiyada qitə xaricində forma geyinən futbolçular arasında 2019-ci ilin ən yaxşı oyunçusu seçilib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu bu mükafat uğrunda mübarizədə Rusiyanın “Zenit” komandasının 24 yaşlı iranlı hücumçusu Sərdar Azmunu və Almaniyanın “Ayntraxt” klubunun yaponiyalı yarımmüdafiəçisi Makoto Hasebeni qabaqlayıb.

 

Cənubi koreyalı oyunçu karyerası ərzində üçüncü dəfə Asiyanın ən yaxşısı seçilib. O, cari mövsümdə “Tottenhem”in heyətində keçirdiyi 18 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti