Türk məşqçi Azərbaycan klubundan ayrıldı

13:13 - 5 Dekabr 2019

Region Liqasında mübarizə aparan "Şahdağ Quba"da baş məşqçi istefası rəsmiləşib.

 

Sportal.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 2011/2015-ci illərdə Biləcəri "Lokomotiv"i və "Bakı" klublarında işləmiş İbrahim Uzunca Quba klubunun baş məşqçi postunu tərk edib.

 

57 yaşlı mütəxəssislə anlaşma qarşılıqlı razılaşma əsasında pozulub. Uzunca Region Liqası təmilçisinə mövsümün əvvəlində gətirilmişdi.

Xəbər xətti