Rüfət Dadaşov qol vurdu, komandası uduzdu

00:33 - 10 Dekabr 2019

Almaniya III Bundesliqasında XVIII tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bağlanış oyununda Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" "Meppen"in qonağı olub və 1:3 hesabı ilə uduzub.

 

Dadaşov 57-ci dəqiqədə meydana buraxılıb. Komandanın yeganə qolunu Rüfət vurub. O, 75-ci dəqiqədə fərqlənib.

 

18 turdan sonra "Proyssen" 13 xalla 20 iştirakçı arasında 19-cudu.

Xəbər xətti