"Sumqayıt" məğlubiyyətlə başladı

17:56 - 14 Yanvar 2020

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Macarıstanın “Kaposvar” klubu ilə qarşılaşıb. Görüş "Sumqayıt"ın 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Yoxlama oyunu

14 yanvar

 

16:00 "Sumqayıt" – "Kaposvar" (Macarıstan) - 3:4

Qollar: Mehdi Şərifi, 14, Peyman Babayi, 70, Amil Yunanov, 76.
Türkiyə, “Miracle” otelinin stadionu.

Xəbər xətti