Jiru "İnter"lə anlaşdı

01:01 - 16 Yanvar 2020

“Çelsi”nin hücumçusu Olivye Jiru “İnter”ə transfer olacaq.

 

Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisi 33 yaşlı forvardla razılığa gəlib. Fransalı futbolçu "göy-qaralar"la 2 illik müqavilə imzalayıb.

 

2018-ci ilin yanvarından “Çelsi”də çıxış edən Jirunun müqaviləsi mövsümün sonunda başa çatırdı.

Xəbər xətti