Rüfət Dadaşovun müqavilə müddəti məlum oldu

10:59 - 17 Yanvar 2020

ABŞ-ın II Liqasında çıxış edən “Feniks Rizinq” Almaniya III Bundesliqa təmsilçisi "Proysen"dən transfer etdiyi Rüfət Dadaşovun lisenziyası alınıb.

 

Sportal.az xəbər verir ki, klubun yerli federasiyaya 2020-ci il üçün sifariş etdiyi 7 yeni oyunçu arasında millimizin üzvünün adı da yer alıb.

 

28 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti də məlum olub. Dadaşovla 2020-ci ilin sonuna qədər saziş bağlanılıb.

Xəbər xətti