Azərbaycanın ən yaxşısı - "Qarabağ"!

13:08 - 21 Yanvar 2020

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2019-cu ilin yekunlarına əsasən, 400 komandanın siyahısını müəyyənləşdirib.

 

“Qarabağ” Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə sahibdir. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandasıdır. “Köhlən atlar”ı Rumıniyanın "Styaua", Portuqaliyanın "Vitoria Qimaraynş", Serbiyanın "Partizan", İsveçrənin "Bazel" klubları izləyir. Qurban Qurbanovun çalışdırdığı komanda “Qalatasaray”, “Vilyarreal” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Feyenoord” (Niderland), “Torino” (İtaliya), və “Zenit” (Rusiya) kimi klubları qabaqlayır.

 

“Neftçi” də böyük irəliləyişə nail olub. Ötən il 459-cu olan “ağ-qaralar” 242 pillə irəliləyərək, 217-ci yerə yüksəlib.

 

Dünyanın ən yaxşısı isə İngiltərənin “Liverpul” klubudur. "Qırmızılar"ı “Barselona” və “Mançester Siti” izləyir. "Flamenqo" (Braziliya) 4-cü, "Seltik" (Şotlandiya) 5-cidir.

Xəbər xətti