"Beşiktaş" Abdullah Avcını istefaya göndərdi - rəsmi

21:53 - 24 Yanvar 2020

“Beşiktaş” baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 56 yaşlı mütəxəssislə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

 

Komandanın Türkiyə kubokunun 1/8 finalında "Ərzurumspor"a uduzaraq, mübarizəni dayandırması rəhbərliyin belə qərar verməsinə səbəb olub. "Beşiktaş"ın baş məşqçi postuna Sərgən Yalçını gətirəcəyi iddia edilir.

 

"Qara qartallar" Super Liqanın turnir cədvəlində 30 xalla 7-ci pillədədir.

Xəbər xətti