"Səbail" "Korona"ya qalib gəldi

18:11 - 25 Yanvar 2020

Antalyadakı təlim-məşq toplanışında olan "Səbail" bu gün son yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Korona" klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

 

"Səbail" öncə Qazaxıstanın "Jetisu" komandasına 0:1, Ukrayna "Olimpik"inə isə 1:3 hesabı ilə məğlub olub. Komanda Rumınyanın "Voluntari"si ilə isə 2:2 hesablı heç-heçə edib.

 

16:00 "Səbail" - "Korona" - 1:0

Qol: Hendrik Ekşteyn, 89

"Səbail": ​1. Aleksandr Rıbka 16. Peyman Keşavarz 34. Urfan Abbasov 55. Adil Nağıyev 13. Şəhriyar Rəhimov 3. Turan Manafov 6. Maykl Esyen 77. Ədilxan Qarəhmədov 14. Rahid Əmirquliyev (k) 7. Fəhmin Muradbəyli 11. Rauf Əliyev

 

Xəbər xətti