"Leyptsiq"in hücumçusu Çempionşip klubunda

00:06 - 28 Yanvar 2020

Almaniyanın "Leyptsiq" klubu hücumçusu Jan-Kevin Oqyesteni icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu İngiltərənin "Lids" klubuna keçib. Çempionşip təmsilçisi fransalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

 

"Leyptsiq" PSJ-nin yetirməsini 2017-ci ildə 16 milyon avroya transfer etmişdi. Oqyesten mövsümün ilk yarısını icarə əsasında "Monako"da keçirib.

Xəbər xətti