"Qarabağ" "Zirə"yə, "Sabah" "Sumqayıt"a qalib gəldi - YENİLƏNİB

19:00 - 15 Fevral 2020

Bu gün Premyer Liqada 17-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk gün iki matç keçirilib. Lider "Qarabağ" səfərdə "Zirə"yə 6:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" isə evdə "Sabah"a 1:2 hesabı ilə uduzub.

 

15 fevral (şənbə)

 

“Zirə” –“ Qarabağ” - 0:6

Qollar: Bədavi Hüseynov, 4, Xayme Romero, 11, Mahir Emreli, 14, Aylton Silva, 28, Abdullah Zubir, 61, Maqaye Qeye, 85

Qırmızı vərəqə: Cavid Hüseynov, 68 ("Zirə")

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Zirə İdman Kompleksinin stadionu, 15:00

 

“Sumqayıt” – “Sabah” - 1:2

Qollar: Əmir Ağayev, 90+1 - Şakir Seyidov, 59, Ozan Can Kökcü, 62

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Kapital Bank Arena”, 17:00.

Xəbər xətti