Kasilyas federasiya prezidentliyinə namizəd olduğunu rəsmən açıqladı

18:25 - 17 Fevral 2020

Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq istədiyini sosial şəbəkə hesabında bildirib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı qolkiper seçkidə iştirak edəcəyini qeyd edib: "Federasiya prezidentliyinə namizəd olacam. Birgə İspaniya futbolunu irəli aparacağıq".

 

"Real"ın sabiq qapıçısı federasiyanın hazırkı rəhbəri Luis Rubialesə rəqib olacaq. O, bu qərarını "Portu" rəhbərliyinin diqqətinə çatdırıb.

 

Avropa çempionatına kimi İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşəcək.

 

Kasilyas 2000-2016-cı illərdə İspaniya yığmasının, 1990-2015-ci illərdə isə "Real"ın şərəfini qoruyub.

Xəbər xətti