Azərbaycan milli komandalarında baş məşqçi təyinatları - RƏSMİ

15:55 - 21 Fevral 2020

16 və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçiləri məlum olub.

 

Sportal.az xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Elxan Abdullayevə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi isə Aqil Nəbiyevə həvalə olunub.

Xəbər xətti