3 ölkədə topa başla zərbə vurmaq qadağan edildi

10:10 - 27 Fevral 2020

İngiltərə, Şotlandiya və Şimali İrlandiyada 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib.

 

Sportal.az xəbər verir ki, buna səbəb uşaqlarda ciddi fəsadlarla yol açan kəllə-beyin travmalarının qarşısını almaqdır. Bu qadağa tədricən 12-16 yaşlı yeniyetmələrə də tətbiq olunacaq.

 

Qadağalar oyunlarda tətbiq olunmayacaq.

Xəbər xətti