"Qəbələ"nin "Sumqayıt"la 32-i dueli

00:25 - 7 Mart 2020

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın ev matçı bu rəqiblə 32-ci görüş olacaq.

 

İndiyədək komandalar 31 dəfə üz-üz gəlib. Əvvəlki matçlarda “Qəbələ” 18 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Rəqib qapısından 49 top keçirən “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda yubiley – 50-ci qola imza ata bilər. Komanda “Sumqayıt”la görüşlərdə 24 qol buraxıb. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

 

“Qırmızı-qaralar” Sumqayıtın eyniadlı təmsilçisi ilə 30 dəfə çempionat, 1 dəfə kubokda görüşüb. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən futbolçular 24 qol buraxıb.

 

16-cı dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında keçirdiyi 15 oyunun 11-də qələbə qazanıb. 3 heç-heçə edən meydan sahibləri 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 26:9.

 

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

Xəbər xətti