Füzuli Məmmədov: "Bir səhvə görə futbolçunu silə bilmərik"

Premyer Liqada 20-ci turun “Neftçi” – “Sabah” (4:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Hesab deməsin ki, asan oyun oldu. Çətin matç idi. Əsas da ilk hissədə ağır oldu. Bu cür futbolu gözləyirdik. Uşaqlar tapşırıqları maksimum yetinə yetirməyə çalışdılar. Güclü, keyfiyyətli komandaya qarşı oynadıq. Futbolçular müksimum yaxşı oynadılar. Keçən matç da pis çıxış etməmişdik. Sırf qolları vura bilmədik deyə xal itirdik. Belə olanda rəqib toparlanır və bir səhvdən top buraxa bilirsən. Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Uşaqlara belə oyuna görə təşəkkür edirəm. Çox ciddi hazırlaşmışdıq, həftəboyu bunu görürdüm. Həmişə ciddi hazırlaşırıq. Ancaq qol olmayanda təzyiq artır. Ötən oyun bunun ağrısını yaşadıq.

 

- “Neftçi”nin nəticələri gözlə görüləcək dərəcədə yaxşılaşıb. Komandadaxili bütün narazılıq və narahatlıqlar həll olunubmu?
- Baş məşqçi kimi futbolçuların inamını, onların performansını çox bəyənirəm. Günü-gündən yaxşılaşırıq. Komanda daxilində heç bir problem yoxdu. Bəzən gərginlik olur. Ancaq bu, ab-havanın pis olması demək deyil. Gərginlik, atmosferin pis olması deyə bir şey yoxdu. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər.

 

- Aqil Məmmədovun durumu necədi?
- Onun yanında idim. Durumu stabildi. Həkimlər dedilər ki, həyəcandan sıxıntı olub. Hər şey normaldı. Aqil evlərinə yollandı. Həkim müayinəsindən sonra hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdu.

 

- 4 qol vurduz, amma tribunalarda susqunluq var idi...
- Azarkeşlər bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm. “Forza Neftçi” 90 dəqiqə bizi dəstəklədi.

 

- Hər dəfə qələbələrdən sonra kapitan komandanı azarkeşlərin yanına aparırdı.
- Bu haqda çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı. Biz azarkeşlərimizə təşəkkür etdik.

 

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: Azarkeşlər arasında heç bir problemimiz yoxdu. Emin şəxsən “Forza Neftçi” ilə görüşüb, onlar məşqə gəlmişdilər. Onun getməməsi ilə bağlı azarkeşlərə deyilib. “Forza Neftçi” deyib ki, siz qalib gəlin, yanımıza gəlməsəz də, olar. Eminlə azarkeş arasında şəxsi məsələ idi və qaydasına qoyulub.

 

- Ötən tur sizdən əvvəl “Qarabağ” xal itirmişdi və bunu bilərək meydana çıxmışdız. Onların nəticələri sizə nə dərəcədə təsir edir?
- Heç bir şablon cavab verməyəcəm. “Qarabağ”ın nəticələrinə fikir vermirik. Keçən turdakı oyuna baxandan sonra uşaqlara deməyə söz tapmırdım. Səhvlər var idi, amma sonlara doğru idi. Ani diqqəsizlik olmuşdu. Komandanın “boşalması” ilə əlaqəsi yox idi. Qol futbolda ən vacib şeydi, rəqibi plandan çıxarır. Sevinirəm ki, qol epizodları yaradırıq, amma sonluğu da qoymaq lazımdı. Oyun olduğu zaman nəticə də olacaq. Hazırda çalışdığım komandanın həm hücumda, həm müdafiədə düzgün oynamasıdı. İrəli xətdə keyfiyyətli futbolçularımız var. Amma topu vura bilməyəndə belə hallar yaşanır.

 

- Keçən turdan sonra qapı xəttində dəyişiklik etməyi düşünürdüz?
- 92-ci dəqiqədə qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədi. Bütün qapıçılarımız keyfiyyətlidi. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.

 

- Aqil Məmmədov milliyə namizədlər siyahısındadı. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətiniz olduğunu cdüşünürsüzmü?
- Milliyə oyunçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduğu qədər bunu etməyə çalışırıq. Milli bizimdi, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.

Tarix: 7 Mart [21:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Aprel 2020
6  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio