Elvin Camalov "Zirə"də 1-ci oldu

17:10 - 21 Mart 2020

Premyer Liqada yaranan fasiləyə qədər “Zirə”nin heyətində 28 futbolçu çıxış edib.

 

Sportal.az xəbər verir ki, Elvin Camalov hamıdan çox – 18 matça çıxıb. Alvaro Ampuero və Cavid Hüseynov isə 16 oyunda iştirak edib.

 

Bu 28 futbolçudan 13-cü yerli, 15-i əcnəbi statusuna malikdir. 25 qol vuran komandanın heyətində 12 oyunçu fərqlənib.

 

Nicat Süleymanov və Xulio Sezar Rodriges daha çox – hərəyə 4 qol vurub. Ağabala Ramazanovla Riçard Qadze isə rəqib qapılarına 3 dəfə yol tapıb.

 

Xəbər xətti