Xaqani Məmmədov "İdman" kanalından təklif alıb

10:00 - 25 Mart 2020

AFFA hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov televiziyada çalışa bilər.
 

Sportal.az xəbər verir ki, Məmmədov "İdman" kanalında işləmək təklifi alıb. Telekanalın rəhbəri Rövşən Binnətlinin kollektivdə görmək istədiyi keçmiş referi hələ qərarını qətiləşdirməyib.

 

Azərbaycan çempionatları tarixində 293 dəfə elita matçlarında baş hakim funksiyasını yerinə yetirərək rekord müəyyənləşdirən Xaqani Məmmədov həm də jurnalistdir (fanat.az).

Xəbər xətti