İtaliya A Seriyasının bərpa müddəti uzadılacaq

Martın 11-də koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpası uzanacaq.

 

Sportal.az xəbər verir ki, ölkənin idman naziri Vinçentso Spadafora çempionatın mayın 3-də başlamayacağını bildirib:

 

“A Seriyasını mayın 3-də başlaması real görünmür. İdman təkcə, futbol deyil və futbol da A Seriyasından ibarət deyil. İdman yarışlarının təxirə salınmağı ilə bağlı hökümətə müraciət edəcəm".

 

İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.

 

Tarix: 30 Mart [00:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio