"Barselona"da 6 istefa

10:47 - 10 Aprel 2020

İspaniyanın “Barselona” klubunda 6 funksioner vəzifəsindən gedib.

 

Sportal.az xəbər verir ki, Kataloniya radiosu klub prezidentinin iki köməkçisi – Emili Russo və Enrike Tombasın, idarə heyətinin 4 üzvü - Silvio Elias, Mariya Teyşidor, Xosep Pont, Jordi Klasamilla vəzifəsindən istefa verdiyini açıqlayıb.

 

Funksionerlər son zamanlar yaranan problemlərdən sonra “Barselona”da dəyişikliyə nail ola bilmədikləri üçün bu qərarı veriblər.

Xəbər xətti