Burak Yılmaz Çin karyerasından danışdı: "Restoranda it əti yeyirlər"

16:16 - 25 Aprel 2020

"Beşiktaş"ın futbolçusu Burak Yılmaz Çinin "Beyçzin Qoan" klubundakı karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Çin mətbəxi barədə maraqlı sözlər deyib:

 

"Çində nələr yeyirlər, nələr. Çox maraqlıdır, qəribə şeylər yeyirlər. Bir gün maraqlı gəldi və bazarlarına getdim. Gördüklərimdən sonra şok oldum. İnsanlarımız oruc tutur, ona görə hər şeyi açıq demək istəmirəm. Çox qəribə şeylər yeyirlər, koronavirusun oradan çıxması normaldır. Yemək-içməyə limit yoxdur. Xüsusi heyvan restoranları var. Restoranlarda it əti yeyirlər. Bu, onların mədəniyyətində normal qəbul edilir. İti kəsməmişdən əvvəl vəhşicəsinə döyürlər ki, əti dadlı olsun. Mənim aşpazım, sürücüm, həkimim var idi. Əks halda, Çində uğur qazana bilməzdim".

 

34 yaşlı futbolçu türklərin Çində yaşamağının çətin olduğunu deyib:

 

"Səfər oyunlarında çətinlik çəkirdim. Ən yaxın səfər 3 saat idi. Bir səfər üçün 6 saat getmişdik. Türkiyə ilə ciddi saat fərqi var. Ancaq Çində futbol inkişaf edəcək. Hər oyunumuzu 60 min azarkeş izləyirdi. Səfər oyunlarımızda isə 30 min fanat gəlirdi. Çin bir türkün yaşayacağı yer deyil. Mən 2 mövsüm orada oldum. Problemim yox idi, ailəmə görə qayıtdım".

Xəbər xətti