“Kəpəz”in toxunulmaz rekordu - statistika

Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, “Neftçi” və “Kəpəz” hərəyə 2, “Turan” bir dəfə belə böyük hesabla qalib gəlib. Mütləq rekord Gəncə klubuna məxsusdur.

 

“Kəpəz” “Şəmkir”i 12 top fərqi ilə məğlub edib – 14:2. “Neftçi” ən böyük quru hesabın müəllifidir. Bakılılar “Şahdağ”ın qapısından 11 top keçirib. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız qol vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.

 

Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) görüşünə təsadüf edib.

 

10 və daha çox top fərqilə qazanılan qələbələr:

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” – “Şəmkir” -  14:2

 

1998/99 mövsümü

07.02.1999. “Neftçi” – “Şahdağ” Qs - 11:0

 

1993/94 mövsümü

28.05.1994. “Turan” – “Kürmük” - 10:0

 

1994/95 mövsümü

20.10.1994. “Xəzər” S – “Neftçi” - 0:10

 

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs - 11:1.

Tarix: 30 Aprel [13:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio