"Ayaks"da ilin ən yaxşı futbolçusu

10:29 - 16 May 2020

Niderlandın “Ayaks” klubunda ilin ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Hakim Ziyeş bu ada layiq görülüb.

 

27 yaşlı futbolçu 3-cü dəfə bu mükafatı qazanıb.

 

"Ayaks" Mərakeş millisinin üzvünü 2016-cı ildə "Tvente"dən 11 milyon avroya transfer edib. Ziyeş növbəti mövsümdən "Çelsi"də çıxış edəcək. Zadəganlar qışda onun keçidi üçün 40+4 milyon avro təzminat ödəyib.

 

Xəbər xətti