Serb futbolçu intihar etdi

15:15 - 24 May 2020

Serbiyalı keçmiş futbolçu Milyan Mrdakoviç intihar edib. 

 

Sportal.az xəbər verir ki, 38 yaşlı keçmiş oyunçu Belqradda özünə qəsd edib. Onunla bir evdə qalan qız dostu polisə zəng edərək, məlumat verib.

  

Mrdakoviç "Anderlext", "Gent", "Austria", "Metalist", "Makkabi" (Təl-Əviv), "Apollon" kimi klublarda oynayıb.

 

Mrdakoviç Serbiya və Monteneqro yığmasının heyətində 2002-ci il gənclər arasında Avropa çempionatında və Serbiya millisinin üzvü kimi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib.

Xəbər xətti