Deyvid idman direktoru olacaq

Braziliyanın "Kruzeyro" klubunun yeni prezidenti Serxio Rodriqes "Fənərbaxça"nın keçmiş futbolçusu Deyvid de Souzaya vəzifə verəcək.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu klubun idman direktoru olacaq. Bununla bağlı yaxın günlərdə rəsmi qərar açıqlanacaq.

 

Deyvid 2001-2003-cü illərdə "Kruzeyro"da çıxış edib. Braziliyalı oyunçu 2006-2010-cu illərdə "Fənərbaxça"nın formasını geyinib.

Tarix: 25 May [15:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio