"Neftçi" braziliyalı futbolçu ilə anlaşdı

09:09 - 2 İyun 2020

"Neftçi" Braziliyanın B Seriyasında çıxış edən "Quarani" klubunun futbolçusu Tallisonu transfer edir.

 

Sportal.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.

 

Braziliyalı futbolçu komandadan ayrılan haitili cinah müdafiəçisi Donald Geryeni əvəzləyəcək.

 

Tallison Auqusto Tavares Dias Braziliyada "Flamenqo", "Seara", "Vitoriya" kimi klublarda çıxış edib.

Xəbər xətti