Azərbaycan kuboku ləğv edildi

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub:


- Birinci və İkinci liqalarda, Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.

 

 - Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Tarix: 8 İyun [18:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2020
8  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio