III dövrəyə rekord məhsuldarlıqla⁣

“Zirə” 2019/20 mövsümünün ikinci yarısının baş tutan 6 oyununda 7 qol vurub.

 

Sportal.az xəbər verir ki, “qartallar” “Səbail”lə görüşdə üç, “Sabah”la matçda iki qol vurubsa, “Sumqayıt”la “Qəbələ”ni bir dəfə məyus edib.

 

2016/17 mövsümündən indiki formatda (8 klub, 4 dövrə) keçirilən Premyer Liqada III dövrənin ilk 6 oyunu üçün komandanln rekordudur. Qəsəbə təmsilçisi üç il əvvəlki göstəricini təkrarlayıb. “Zirə” yalnız 2016/17 mövsümündə III dövrənin 6 matçında 7 qol vurub. Digər iki mövsümün bu bölümündə isə daha az qol qeydə alınıb.⁣


III dövrənin 6 turundan sonra koronavirus pandemiyası üzündən dayandırılan Premyer Liqa iyunun 21-də davam etdiriləcək.⁣

 

Tarix: 12 İyun [15:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio