Qurban Qurbanov bu göstəricidə 6-cı oldu

“CIES Football Observatory” saytı eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 79 ölkədən 110 liqaya əsasən tərtib olunan siyahıya Fransa Liqa 2-də çıxış edən “Şambri” klubunun baş məşqçisi Bruno Luzi başçılıq edir. Mütəxəssis 6 min 910 gündür bu vəzifədədir.

 

Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdir – 5 min 586 gün.

 

Ardıcıl yeddinci dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 6-cı pillədə qərarlaşıb. Qurbanov 4 min 353 gündür Ağdam klubunu çalışdırır.

Tarix: 22 İyun [16:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
10 Avqust 2020
9  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio