AFFA Roy Kinlə danışıqlar aparıldığını təsdiqlədi

11:36 - 30 İyun 2020

AFFA Azərbaycan millisinin baş məşqçi postuna "Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib. 

 

Sportal.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib. 

 

O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib. 

 

"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb", - milli assosasiya rəsmisi əlavə edib (Report).

Xəbər xətti