"Sabah"da növbəti ayrılıq

16:16 - 1 İyul 2020

“Sabah”da növbəti ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi müqavilə müddəti bitən Rəşad Eyubovla yollarını ayırıb.

 

27 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə keçirdiyi 24 oyunda 3 qola imza atıb.

Xəbər xətti