"Sumqayıt"ın məşqçisi Nobrenin köməkçisi təyin olundu

11:56 - 4 Avqust 2020

2019-cu ilin iyul ayından “Sumqayıt”ın əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada komandadan ayrılıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, ispan mütəxəssis Türkiyə Super Liqasında çıxış edən “Gənclərbirliyi”nin yeni baş məşqçi Mert Nobre ilə çalışacaq.

 

39 yaşlı braziliyalı mütəxəssis ötən gün Ankara təmsilçisinin baş məşqçisi təyin olunub.

 

Xəbər xətti