"Fənərbaxça" daha iki transfer açıqladı

20:59 - 6 Avqust 2020

"Fənərbaxça" növbəti transferlərini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"dan ayrılan Filip Novak və "Beşiktaş"la müqaviləsi bitən Caner Erkini heyətinə qatıb.

 

30 yaşlı çex müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 31 yaşlı cinah müdafiəçisi Caner Erkin isə 2+1 illik müqaviləyə qol çəkib.

 

"Fənərbaxça" daha öncə Gökhan Gönül və Mert Hakan Yandaşla sözləşmə imzalamışdı.

Xəbər xətti