Azərbaycanın iki idmançısı dopinqə görə diskvalifikasiya olundu

Taekvondoçu Ramin Əzizov (-80 kq) və cüdoçu Könül Əliyeva (48 kq) diskvalifikasiya olunublar.

 

Sportal.az xəbər verir ki, Əliyeva orqanizmindən istifadəsi qadağan edilmiş diuretiklər, furosemid və gizlədici maddələr tapılmasına görə 12 aylıq cəzalanıb. İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 19-dan qüvvəyə minmiş cəza 2021-ci ilin fevralı 19-da başa çatacaq. 

 

Əzizovun isə orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması 24 aylıq cəza almasına səbəb olub. İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 2022-ci ilin fevralın 25-də başa çatacaq. 

Tarix: 13 Avqust [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Sentyabr 2020
23  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio