Kamal Bayramovun yeni klubu müəyyənləşdi

“Keşlə” növbəti transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, "qırmızılar" qapıçı Kamal Bayramovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Son klubu “Səbail” olan 35 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019-2020-ci illər mövsümündə 11 qarşılaşmada meydana çıxıb. O, bu qarşılaşmalarda 17 top buraxıb, 3 matçda isə qapısını toxunulmaz saxlayıb.

 

Tarix: 14 Avqust [14:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2020
19  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio